Modern.az

Türkiyə kriminal avtoritetlərə müharibə elan etdi

Türkiyə kriminal avtoritetlərə müharibə elan etdi

23 Avqust 2016, 15:30

Türkiyə hakimiyyəti ölkədə məskunlaşan bütün kriminal avtoritetlərin axtarışını elan edib. Modern.az saytı xarici mediaya istinadən xəbər bildirir ki, polis bu “təmizliyə” “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsindən sonra qərar verib.


R.Canıyev İstanbulun Beşiktaş rayonundakı otellərdən birində yerləşmişdi. Bəzi məlumatlara görə, o, orada mənzil-qərargah yaradaraq görüşlər keçirirdi.

Bundan əvvəl yayılan xəbərə görə, Rövşən Lənkəranski Türkiyədə daha çox nüfuz qazanıb və “bir nömrəli oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) opponenti hesab olunub. Mənbələr qeyd edirlər ki, Kalaşovun həbsindən sonra Canıyev öz fəallığını artırıbmış.

Rövşənin arxa oturacağında olduğu avtomobili naməlum şəxslər güllə atəşinə tutublar. Bir versiyaya görə, bu qətllə yerli kürdlər bağlıdırlar və onlar Aslan Usoyanın (Ded Xasanın) qisasını alıblar.

Digər versiyaya görə, Canıyevin öldürülməsini Şakro Molodoyun adamları – Laşa Şuşanaşvili (Laşa Rustavski), Yuri Piçuqin (Piçuqa) və Vasili Xristoforov (Vasya Voskres) təşkil ediblər.

“Sputnik”in məlumatına görə, hazırda Merab Djanqveladzenin ovuna çıxılıb. Əgər o öldürülərsə, İstanbul klanı tamamilə başsız qalacaq.

Rövşən Canıyevin qətlinə görə İstanbul polisi onun 3 silahdaşını da saxlayıb. Bunlar Azərbaycan vətəndaşları Hacı Beylaqanlı (Talıbxanlı), Zaur Sumqayıtlı və Vahid Bakılıdır. Onların Canıyevlə sonradan öldürüldüyü oteldə keçirilən görüşdə iştirak etdikləri bildirilir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir