Modern.az

Burun əməliyyatında baş verən ölümlə bağlı cinayət işi AÇILDI

Burun əməliyyatında baş verən ölümlə bağlı cinayət işi AÇILDI

23 Avqust 2016, 16:14

Gəncə şəhərində Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Modern.az-a Gəncə şəhər prokurorluğundan məlumat verilib. 

 

Bildirilir ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

 

Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir