Modern.az

Televiziyaya hücum oldu: 1 ölü

Televiziyaya hücum oldu: 1 ölü

Aktual

23 Avqust 2016, 19:04

Pakistanın Kəraçi şəhərində etirazçılar özəl televiziya kanalına hücum edərək ofisi dağıdıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.

 

Onlarla kişi və qadın binaya daxil olaraq qapı-pəncərələri sındırıb, avadanlıqları dağıdaraq bir neçə avtomobili yandırıblar.

 

Basqın edənlərin Pakistanın “Xalq hərəkatı birliyi” müxalifət partiyasının fəalları olduğu bildirilir. Onlar partiyanın fəaliyyətini telakanalın daha geniş təbliğini tələb ediblər.

 

Partiyanın rəhbəri tərəfdarlarına mühacirətdə olduğu Londondan göstəriş verib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!