Modern.az

Türkiyə XİN 89 əməkdaşını işdən azad edib

Türkiyə XİN 89 əməkdaşını işdən azad edib

23 Avqust 2016, 20:27

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkədə dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinən nazirliyin 89 əməkdaşının işdən azad edilməsi, daha 332 nəfərin vəzifəsindən kənarlaşdırılması haqqında açıqlama verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə M.Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransı zamanı bildirib.

"Dövlət çevrilişinə cəhddən sonra XİN-dən 89 nəfər işdən azad edilib, daha 332 nəfər xaricdən ölkəyə geri çağırılıb.

"Geri çağırılanlardan 31 nəfəri Türkiyəyə qayıtmayıb", - M.Çavuşoğlu deyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir