Modern.az

Rusiya İncirlik hava bazasında istifadə edə bilməz – AÇIQLAMA  

Rusiya İncirlik hava bazasında istifadə edə bilməz – AÇIQLAMA   

Dünya

23 Avqust 2016, 20:56

Rusiyanın hərbi-kosmik qüvvələri NATO-nun Türkiyədəki İncirlik hava bazasından istifadə edə bilməz. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş avqustun 23-də bəyan edib.

Onun sözlərinə görə, Rusiya NATO-nun üzvü olmadığı üçün bu bazadan istifadə etmək hüququ yoxdur.

Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım İncirlik hava bazasından Rusiya hərbçilərinin istifadəsinin mümkünlüyündən danışarkən qeyd edib ki, ehtiyac yaranarsa, bu baş verə bilər.

Ankara hazırda Türkiyənin cənubundakı Adana əyalətindəki İncirlik bazasından ABŞ, Almaniya, Böyük Britaniya, Qətər, Səudiyyə Ərəbistanına istifadəyə icazə verir. Oradan havaya qalxan aviasiya, o cümlədən İraq-Şam İslam Dövləti terror qruplaşmasına qarşı beynəlxalq koalisiyaya daxil olan ölkələr Suriya ərazisindəki ekstremistlərə zərbələr endirir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır