Modern.az

Rusiyalı zabit Suriyada öldürüldü

Rusiyalı zabit Suriyada öldürüldü

23 Avqust 2016, 21:47

Suriyada Rusiya ordusunun polkovniki Vladimir Bekiş öldürülüb. Modern.az saytı xəbər verir ki, bu barədə “Dojd” telekanalına Bekişin yaxınları xəbər veriblər. Məlumata görə, hərbi qulluqçu Belarusiyada, doğulduğu kənddə dəfn olunub. Qeyd olunur ki, Rusiya Müdafiə nazirliyi zabitin ölümü barədə heç bir məlumat verməyib.

 

Həlak olan hərbçinin bacısı Svetlana Bulak telekanala bildirib ki, Vladimir Bekiş Rusiya ordusunun zabiti olub. Onun sözlərinə görə, qardaşı iyunun 19-da həlak olub. Ölüm haqqında şəhadatnamədə Vladimir Bekişin Suriya Ərəb respublikasında öldüyü göstərilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir