Modern.az

Türkiyə Suriya ilə sərhəddəki əhalini köçürür

Türkiyə Suriya ilə sərhəddəki əhalini köçürür

23 Avqust 2016, 22:14

Türkiyənin Karkamış şəhərinin minaatanlardan atəşə tutulmasından sonra hakimiyyət Suriya ilə sərhəddə yerləşən rayonlardan dinc əhalinin evakuasiyasına başlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, atəş zamanı yerli administrasiya binaları zədələnib və heç kim xəsarət almasa da, hakimiyyət yenidən atəş açılacağından ehtiyatlanır.

Məlumatda qeyd edilir ki, atəşi Suriyanın Calabrus şəhərindən İraq-Şam İslam Dövləti (İŞİD) beynəlxalq qruplaşmasının terrorçuları açıblar.

Türkiyə hərbçiləri dərhal yaraqlıların ehtimal edilən artilleriya qurğuları yerləşdirilən ərazilərinə cavab atəşi açıblar. Hazırda Suriyanın şəhərlərinin yaraqlılardan təmizlənməsi üçün xüsusi əməliyyatın keçirilməsinin mümkünlüyü müzakirə olunur. Sərhəddə ordu qüvvələri cəmləşdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir