Modern.az

“Bu medal bütün Azərbaycana lazım idi” – Radik İsayev

“Bu medal bütün Azərbaycana lazım idi” – Radik İsayev

24 Avqust 2016, 01:12

"Azərbaycana qızıl medalı qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm". Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu Olimpiya çempionumuz, taekvondoçu Radik İsayev Heydər Əliyev Beynəlxalq Aeroportunda deyib.

 

R.İsayev bildirib ki, bu medal bütün Azərbaycana lazım idi: "Bu, təkcə mənim yox, hamının uğurudur. Burada hamının xidməti var".

 

Olimpiya çempionu döyüşlərinin gərgin keçdiyini bildirib: "Xüsusən final qarşılaşmasını qeyd etmək istəyirəm. Qalib olandan sonra sanki hissiyyatımı itirmişdim. Ayaqlarımda bərk ağrılar vardı. İndi bu qələbənin nə qədər qiymətli olduğunu anlayıram. Açığı, hələ qarışıq hisslər keçirirəm".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

 

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi