Modern.az

Türkiyə ordusu Suriyaya girdi - İŞİD-in 11 hədəfi vuruldu - YENİLƏNİB

Türkiyə ordusu Suriyaya girdi - İŞİD-in 11 hədəfi vuruldu - YENİLƏNİB

24 Avqust 2016, 09:50

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

 

"Anadolu" agentliyinin məlumatına görə Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endirib.

 

Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.

Hərbi əməliyyat, həmçinin yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

***

Hərbi mənbələrdən verilən məlumata görə, İŞİD-in 11 hədəfi vurulub.

Türkiyə ordusu top və raketlərlə İŞİD mövqelərini məhv etməyə çalışır. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub