Modern.az

Cerablus minalardan təmizlənir - Quru qoşunları İŞİD-ə hücuma hazırlaşır

Cerablus minalardan təmizlənir - Quru qoşunları İŞİD-ə hücuma hazırlaşır

Aktual

24 Avqust 2016, 11:01

Türkiyənin xüsusi təyinatlılarının girdiyi Cerablus şəhərinə quru qoşunlarının girməsi üçün xüsusi texnikalarla keçidlər açılır.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İŞİD-in bütün bölgə çevrəsinə mina döşədiyi və xəndəklər qazdığı bilinir. Quru qoşunlarının əməliyyatı üçün ən kritik addım Cerablusun minadan təmizlənməsi olacaq.

Hal-hazırda  Türkiyə və ABŞ-ın başçılıq etdiyi koalisiya Cerablusa hava əməliyyatları geçəkləşdirir.  Sərhəddəki topçu birliklər də ağır bir şəkildə İŞİD hədəflərinə atəş açırlar. Hələ ki, quru qoşunları sərhəddən  kənardakı əməliyyatlara qatılmayıb.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı