Modern.az

Baş nazir: “Müsəlman icmasının güclənməsini istəmirik”

Baş nazir: “Müsəlman icmasının güclənməsini istəmirik”

24 Avqust 2016, 11:17

Çexiya hakimiyyəti ölkədə güclü müsəlman icmasının yaranmasını istəmir.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Boquslav Sobotka yerli mətbuata açıqlamasında deyib.

 

“Bizim güclü müsəlman icmamız yoxdur. Və açığı olmasını da istəməzdik”.

 

Baş nazirin fikrincə, müsəlman miqrantların Avropa cəmiyyətlərinə adaptasiya olunması prosesi çətin gedir və problemlər doğurur.

 

Sobotka Almaniyanın miqrant siyasətini də səhv adlandıraraq Avropa Birliyinə çox sayda qanunsuz miqrantın daxil olduğunu deyib.

 

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir