Modern.az

Bu ölkədə 18 yaşı tamam olan hər kəsə 500 avro veriləcək

Bu ölkədə 18 yaşı tamam olan hər kəsə 500 avro veriləcək

24 Avqust 2016, 11:26

İtaliya hökuməti 18 yaşı tamam olan ölkə vətəndaşlarına 500 avroluq “mədəniyyət bonusu” hədiyyə edəcək.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki. əldə edilən pulla kitab almaq, tamaşa və konsertlərə getmək, milli parklarda gəzmək və s. mümkün olacaq.

 

Sentyabrın 15-də başlayacaq aksiya dekabrın 31-nə qədər davam edəcək.

 

Ehtimal olunur ki, bu müddətdə 575 min gənc bu aksiyadan yarala biləcək. Əsas məqsədin gənclərin mədəniyyətə həvəsinin artırılması olduğu deyilir.

 

İtaliya hökuməti mədəniyyət bonusu aksiyasına 290 milyon avro ayırıb.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı