Modern.az

Sabunçu və Abşeronda mənzil oğruları saxlanıldı

Sabunçu və Abşeronda mənzil oğruları saxlanıldı

24 Avqust 2016, 11:52

Daxili İşlər Nazirliyi (DİN) paytaxtın müxtəlif yerlərində baş verən oğurluq faktarı ilə bağlı məlumat yayıb.

 

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 31-də rayon sakini Elmira Əhmədovaya məxsus evdən 4800 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Zahid Səfərov tutulub.

 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə cari il yanvarın 26-da və iyulun 14-də Bakı şəhər sakinləri Yusif Quliyevə və Şərəfnisə Hadıyevaya məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ağaəmi Abbasov tutulub.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir