Modern.az

Şimali Koreyadan yeni raket SINAĞI: Pekin, Seul və Tokio hədəfdədir

Şimali Koreyadan yeni raket SINAĞI: Pekin, Seul və Tokio hədəfdədir

Dünya

24 Avqust 2016, 12:06

Şimali Koreya rəhbərliyi ötən gecə Sinpxo liman şəhərinin yaxınlığında yerləşən sualtı qayıqdan ballistik raket sınağı həyata keçirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, raket 1000 kilometrə məsafəyə qədər hədəfi vurmaq gücündədir.

 

Raket Tapon dənizində, Yaponiyanın su sərhədlərinin 80 kilometr daxilində suya düşüb. Artıq ABŞ , Cənubi Koreya və Yaponiya baş verən hadisəni regional təhlükə adlandırıblar.

 

Ekspertlər isə Şimali Koreyanın ballistik raket proqramının kifayət qədər uğurla inkişaf etdiyini və ildən-ildə raketlərin zərbə radiusunun daha da genişləndiyini yazıblar.

 

Vüqar İSMAYILOV

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!