Modern.az

Rövşən Lənkəranskinin "xaç oğulluğu" saxlanıldı

Rövşən Lənkəranskinin "xaç oğulluğu" saxlanıldı

24 Avqust 2016, 12:22

Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiyadan deportasiya olunan “qanuni oğru” “Çia” ləqəbli Laşa Barateli ilə bağlı açıqlama verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məcburən Rusiyadan Gürcüstana deportasiya edilən “Çia”nın sonrakı taleyi ilə bağlı heç bir məlumat yox idi.

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı xəbərə görə, deportasiya olunan “qanuni oğru” ölkə sərhədini keçərkən “Stepantsminda” nəzarət keçid məntəqəsində saxlanılıb.

 

Laşa Barateli İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) "xaç oğulluğu" hesab edilir.

 

“Çia”nı Peterburq əməliyyatçıları “qanuni oğru” dostunu xilas etmək üçün düşünülən poetik dramın inişafı zamanı saxlamışdılar. Bu, iyun ayında baş verib.

 

O zaman şimal paytaxtında can-ciyər dostu kriminal aləmdə “Zura Kaxetinets” kimi məşhur olan Baratelli SerqoTsotsxalaşvili saxlanılıb. O, bundan xəbər tutan kimi bütün gücü ilə dostuna köməyə atılıb. Kişiyana dostluq “Çia”nı Sankt-Peterburq Baş İstintaq İdarəsinin binasına gətirib çıxarıb, orada əməliyyatçılar onu tanıyıblar və miqrasiya rejimini pozduğuna görə saxlanılıb. Onun saxlanılan yoldaşı isə həmin vaxt artıq profilaktik söhbətdən sonra buraxılıb.

 

Barateli və Tsotsxalaşviliyə 2014-cü ildə Rövşən Caniyevə yaxın gürcüstanlı “qanuni oğrular”ın Türkiyədəki “yığıncağında” tac qoyulub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər