Modern.az

Ölkədən çıxmasına məhdudiyyət qoyulan fiziki şəxslərin sayı açıqlandı

Ölkədən çıxmasına məhdudiyyət qoyulan fiziki şəxslərin sayı açıqlandı

Aktual

24 Avqust 2016, 12:47

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin adını açıqlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata avqustun 23-nə olan məlumata görə siyahıya 308 nəfərin adı daxil edilib. Fiziki şəxslərin vergi borcu açıqlanmır.

 

Nazirlik eyni zamanda vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin də siyahısı dərc edilib. Məlumata görə 23 avqust tarixinə vergi borcu olduğuna görə 400 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. 

 

Vergilər Nazirliyi hər iki halda vergi borclarının məbləğini açıqlamayıb.

 

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır