Modern.az

Suriyada kim-kiminlə döyüşür?

Suriyada kim-kiminlə döyüşür?

Dünya

24 Avqust 2016, 13:01

Suriyada son 5 ildir davam edən daxili münaqişədə bir-biri ilə müharibə aparan tərəflərin sayı artarkən, kimin kiminlə döyüşdüyü də bəzən qarışıqlığa səbəb olur. Çünki Suriyadakı fərqli müxalif qruplar həm bir-birləri ilə, həm də Dəməşq hakimiyyətinə qarşı döyüşürlər.

Ortaq düşmənləri Bəşər Əsəd hakimiyyəti olsa da, fərqli ideologiyaları mənimsəyən müxalif qrupların maraqları və hədəfləri özlərini də bir-birlərinə düşmən edib. Bəs Suriyada indi kim kiminlə döyüşür?


Dəməşq rejimi:
Suriya ordusu hələ də prezident Bəşər Əsədin liderliyindəki rejimin nəzarətindədir. Dəməşq, Hums, Hələbin bir hissəsi kimi böyük şəhərlər və sahil bölgələrinə da hakimiyyət nəzarət edir. Suriya prezidenti Bəşər Əsəd tərəfdarları Liviyadakı şiə “Hizbullah” milisləri və iranlılar tərəfindən dəstəklənir. Bundan başqa, Rusiya da Əsədə hava dəstəyi verir.


İŞİD:
Həm Suriyada, həm də Qərb ölkələrində törətdiyi qanlı hücumlar səbəbiylə İŞİD  beynəlxalq terrorizmin başlıca günahkarıdır. Son aylarda isə Dəməşq rejiminin və kürd güclərinin hücumları nəticəsində nəzarətindəki bölgələrin böyük qismini itirib. Hal-hazırda müdafiə vəziyyətinə keçən İŞİD Suriyada gücünü itirməyə doğru gedir. Ancaq Suriyanın Şimal və Şərqində hələ də böyük ərazi İŞİD-in kontrolundadır.


Kürd birlikləri:
Kürdlər xüsusilə ABŞ-dan dəstək alırlar. YPG ABŞ-ın hava dəstəyi ilə Suriyanın Şimalında irəliləyərək, İŞİD-i  geri çəkilməyə məcbur edib. Əvvəllər Bəşər Əsəd hakimiyyəti ilə İŞİD-ə qarşı əməkdaşlıq edən kürdlər indi iqtidarla qarşı-qarşıyadır.

Suriyanın şimalındakı Haseke şəhərinin tamamilə nəzarətinə almaq istəyən Əsəd rejimi ilə kürd birlikləri arasında şiddətli atışmalar yaşanıb.

Əhalisinin böyük bir qismi ərəb olan Haseke şəhəri 2011-ci ildə daxili müharibə baş verəndə kürdlərin nəzarətinə keçmişdi.
Türkiyə kürdləri irləşdirən YPG-ni terror təşkilatı olan PKK ilə əlaqəli bilir. Türkiyə Suriyanın şimalında kürdlərin irəliləməsindən narahatdır. Türkiyə özünün cənub sərhədində yeni bir kürd dövlətinin qurulmasını istəmir. PYD-nin silahlı qanadı olan YPG-nın 50 min üzvünün olduğu təxmin edilir.


“Ceyş el Feth” (“Fəth Ordusu”):
Mülayim və radikal fərqli qrupların bir araya gədiyi böyük müxalif təşkilatlanmadan biridir. Cihadçı “Fatih əl Şam”, “Ahrar əl Şam” briqadaları və “Azad Suriya Ordusu” “Fəth Ordusu”na daxil olan qruplaşmalardır. Bu ittifaq Suriyanın İdlib vilayətində fəaldır. Bu qrup içindəki bəzi islamçılar Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənir.


“Fəth əl Şam” (“Şamın fəthi cəbhəsi”)
: “Əl Qaidə”nin davamı olaraq görülən “Əl Nüsrə cəbhəsi” keçən iyul ayının sonundan fəaliyyətini artıq “Fəth əl Şam” olaraq davam edəcəyini açıqlayıb. Terror təşkilatı olaraq dəyərləndirilən və İŞİD-ə bənzər xüsusiyyətləri olan təşkilatın ideologiyasında heç bir dəyişiklik olmayıb. Bundan əlavə, eyni ideologiyanı mənimsəmiş olsalar da, İŞİD və “Fəth əl Şam” cəbhəsi də bir-biri ilə döyüşür.


“Ahrar əl Şam” (“Şamın Hürləri”)
: Bu da Suriyadakı güclü sayılan radikal islamçı qruplardan biridir.

Ancaq bir az işgüzar xüsusiyyətlərə sahib olan təşkilat “Əl Qaidə”dən daha az radikaldır. “Ahrar əl Şam”ın Türkiyədən dəstək aldığı iddia edilir.


“Azad Suriya Ordusu”:
Əslində bir ordu deyil və mərkəzi hakimiyyəti də yoxdu. Çox sayda sülhsevər qrupun olduğu “Azad Suriya Ordusu”na bağlı qruplar ölkənin Şimal-qərbində və Cənubunda geniş bir ərazini nəzarət altında tutur. “Azad Suriya Ordusu”na Türkiyə dəstək verir.

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır