Modern.az

“Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın əmanətçilərinin NƏZƏRİNƏ

“Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın əmanətçilərinin NƏZƏRİNƏ

İqtisadiyyat

24 Avqust 2016, 14:24

Əmanətlərin Sığortalanması Fondu ( ADİF) “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

 

Fonddan Modern.az-a verilən məlumata görə 28 yanvar 2016-cı ildən sığorta hadisəsi baş vermiş “Atrabank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank” ASC-nin baş ofisinə, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri isə “Qafqaz İnkişaf Bankı” ASC-nin Baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

 

Fond bildirib ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?