Modern.az

9 bankın əmanətçilərinə 206 milyon manat kompensasiya ödənilib

9 bankın əmanətçilərinə 206 milyon manat kompensasiya ödənilib

24 Avqust 2016, 14:29

Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən etibarən“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə avqustun 23-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə    29,3 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9,9 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilib.

 

Məlumata görə avqustun 22-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

 

23 avqustda “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib.

 

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvardan etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

 

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilib.

 

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevraldan etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilib.

 

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən etibarən agent bankların filiallarında başlanılıb.

 

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib.

 

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 206 milyon manatdan artıq kompensasiya ödənilib.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı