Modern.az

İtaliyadakı zəlzələnin fəsadları durmadan ARTIR: 37 ölü, 150 itkin

İtaliyadakı zəlzələnin fəsadları durmadan ARTIR: 37 ölü, 150 itkin

Dünya

24 Avqust 2016, 14:40

İtaliyada baş verən zəlzələ nəticəsində 37 nəfər ölüb, ən az 150 nəfər itkin düşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Rieti şəhərinin Akkumoli bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.

 

Zəlzələ nəticəsində aralarında uşaqların da olduğu 37 nəfər ölüb, ən azı 150 nəfər isə itkin düşüb. Dağıntılar altında çox sayda insanın qaldığı bildirilir.

 

Ölü sayının artacağı qeyd edilib.

 

Bölgədəki axtarış xilas etmə işlərinə İtaliya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ordusu cəlb edilib.

 

 Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür