Modern.az

Əli İnsanova 3 yeni maddə ilə çinayət işi açılıb - YENİLƏNİB

Əli İnsanova 3 yeni maddə ilə çinayət işi açılıb - YENİLƏNİB

24 Avqust 2016, 18:10

Sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittihamlar tam təfərrüatı ilə bəlli olub. O, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur.

Modern.az-a sabiq nazirin vəkili Toğrul Babayev belə deyib. Hazırda Qaradağ rayon Məhkəməsində Əli İnsanovun işinə baxılır.

Eks-nazir Əli İnsanov Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama),  315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

***

Sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittihamın bəzi detalları məlum olub.

Modern.az saytının rəsmi mənbədən əldə etdiyi məlumata görə, məhkumları müalicə etməsilə bağlı avqustun 23-də onun şəxsi əşyalarına baxış keçirilib. Əşyaların arasında çox sayda dərman pereparatları aşkarlanıb. Nəticədə Əli İnsanovun məhkumları yanlış olaraq müalicə etdiyi müəyyənləşib.


Həmin dərman pereparatları ondan sübut olaraq götürüldüyündən Ə.İnsanov həbsxana işçilərinə hücum edib.  Bu səbəbdən də sabiq səhiyyə nazirinə qarşı Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə cinayət işi açılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov Modern.az-a məsələ ilə bağlı müvafiq araşdırmalar aparıldığını, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcəyini deyib.

 

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir