Modern.az

İtaliyadakı zəlzələdə ölü sayı 73-ə çatıb

İtaliyadakı zəlzələdə ölü sayı 73-ə çatıb

24 Avqust 2016, 18:55

Avqustun 24-də Bakı vaxtilə 16:00-da İtaliyada yenidən zəlzələ baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 16:00-da Arkuata-del-Tronto şəhərində 4.9 bal gücündə zəlzələ baş verib. Hazırda zəlzələ nəticəsində müvəqqəti sığınacaqlarda yerləşdirilən vətandaşlarda təşviş yaşanır.

Ümumilikdə isə İtaliyada bu gün 20-yə yaxın yeraltı təkan qeydə alınıb.

İtaliya Fövqəladə Hallar Nazirliyinin son məlumatına əsasən, səhər saatlarında baş verən 6 bal gücündə zəlzələ nəticəsində azı 73 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb.

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı