Modern.az

Suriyanın daha bir şəhəri İŞİD-dən azad olunub  

Suriyanın daha bir şəhəri İŞİD-dən azad olunub   

24 Avqust 2016, 21:56

Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhəri Azad Suriya Ordusunun nəzarəti altına keçib.  Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, şəhər İŞİD qruplaşmasının silahlılarından təmizlənib.

 

Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.

 

Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?