Modern.az

İtaliyada ölənlərin sayı 240-ı keçdi

İtaliyada ölənlərin sayı 240-ı keçdi

25 Avqust 2016, 09:02

İtaliyada 6,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bur barədə ANSA informasiya agentliyi İtaliyanın Milli Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.

Avqustun 24-də İtaliyanın mərkəzi vilayətlərində 6,2-5,2 gücündə yeraltı təkanlar baş verib. Zəlzələ nəticəsində ən çox Akkumoli və Amatriçe şəhərləri zərər çəkib. Yaralananların sayının 400-ə çatdığı bildirilir. Minlərlə sakin yaşadığı yerləri tərk etməli olub. Xilasedicilər dağıntılar altında sağ qalanların axtarışını davam etdirirlər. Hadisə gecə əhalinin yatdığı saatlarda baş verdiyi üçün ölənlərin sayının artacağı güman edilir.

İtaliyanın baş naziri Matteo Renzi zəlzələ bölgəsində olub və hər kəsə lazımi kömək göstəriləcəyini bildirib. O, dağıntılar altında hələ də insanların qala biləcəyini deyib və həlak olanların sayının artacağı ilə bağlı ehtimallarını dilə gətirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir