Modern.az

Qafqaz Universitetinin prorektoru vəzifədən çıxarıldı

Qafqaz Universitetinin prorektoru vəzifədən çıxarıldı

Təhsil

25 Avqust 2016, 09:53

Qafqaz Universitetinin prorektoru vəzifəsindən azad olunub.

Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.

Məlumata görə Ş. Vəliyev universitetdə yüksək vəzifə tutan yeganə azərbaycanlı olub. O qatı Fətullahçı kimi tanınıb.

Universitetə müvəqqəti olaraq rəhbərlik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xəbəri təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl də Qafqaz Universitetinin rəhbərliyinə daxil olan 50-yə yaxın müəllim heyəti işdən azad olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür