Modern.az

Dünyada bir İLK – Sürücüsüz taksi xidməti işə başladı

Dünyada bir İLK – Sürücüsüz taksi xidməti işə başladı

Dünya

25 Avqust 2016, 10:11

Sinqapurun nuTonomy şirkəti dünyada ilk sürücüsüz taksi xidmətini istifadəyə verməyə hazırlaşır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni xidmət ilk vaxtlar yalnız Sinqapurun işgüzar mərkəzində fəaliyyət göstərəcək.

 

Avqsutun 25-dən başlayaraq 6 pilotsuz taksi şəhər sakinlərinə xidmət göstərəcək. Avtoparka Renault Zoe və Mitsubishi i-MiEV kimi avtomobillər daxil edilib.

 

Hər taksi hərəkət zamanı orinetiri müəyyən etmək üçün Lidar sisteminin lazerlərindən istifadə edəcək. Bundan başqa, avtomobillərdə maneələrin skan edilməsi və işıqforda rəng dəyişikliyi fiksə etmək üçün 2 kamera quraşdırılıb.

 

Bu ilin sonuna kimi nuTonomy şirkəti sürücüsüz taksilərin sayını 12-yə çatdırmağı planlaşdırır. Plana əsasən, 2018-ci ilin sonuna qədər bütün avtopark pilotsuz taksilərdən ibarət olacaq.

 

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür