Modern.az

Rusiyadan Azərbaycana silah gətirən tutuldu

Rusiyadan Azərbaycana silah gətirən tutuldu

Aktual

25 Avqust 2016, 10:59

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Modern.az-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 53.400 ədəd “NZ” markalı siqaret aşkar edilib.

İdarənin “Xanoba” gömrük postunda isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar