Modern.az

Vahid Əhmədov problemlərdən danışdı - FOTO

Vahid Əhmədov problemlərdən danışdı - FOTO

25 Avqust 2016, 11:37

DeputatVahid Əhmədov Quba rayonunda növbəti dəfə seçiləri ilə görüşərək onları qəbul edib.

Ənənəyə uyğun olaraq seçicilərə Milli Məclisin və deputatın fəaliyyəti barədə məlumatlar verilib.

 

Sonra isə qəbula yazılmış 106 nəfər Quba və qonşu Xacmaz rayonundan olan sakinlər təkbətək qəbul ediliblər.

 

İşə düzəlmə, evlərinin təmiri üçün inşaat materiallarının ayrilması, kənd yollarının abadlaşdırılmaası, banklarla yaranmış kredit problemləri, sosial yardımların təyini, əlillik pensiyalarının təyini zamanı yaranan əngəllər və bu kimi çoxsaylı digər suallar vətəndaşların müraciətlərində öz əksini tapıb.

 

Bir sıra məsələlər qəbul zamanı öz müsbət həllini tapıb, vətəndaşların yazılı ərizələri qəbul edilmiş, qaldırılan məsələlərin həlli prosesinin istiqamətləri müəyyənləşdirilib.

 

Qəbuldan sonra rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə ğörüşdə əhalini maraqlandıran bir sira məsələlər barəsində fikir mübadiləsi olub.

Bir neçə məsələ ilə bağlı yerindəcə müsbət qərarlar qəbul olunmuşdur. Deputatın təşəbbüsü və birbaşa nəzarəti altında İkinci Kənd İnvestisiya Layihəsi əsasında rayonun Qələdüz kəndində içməli su xəttinin çəkilməsinə həsr olunmuş tədbir keçirilib.

Millət vəkili və rayon rəhbərliyi bu tədbirdə iştirak edərək kənd əhalisinin arzu və təkliflərini dinləyiblər.

 

Çıxış edənlər millət vəkilinə ğöstərdiyi təşəbbüsə ğörə minnətdarlığını bildirərək, belə xeyirxah işlərin bundan sonra da davam etdirilməsini arzulayıblar.

 

Vahid Əhmədov  çıxışında bu Layihə əsasında rayonun İsnov,Barlı,Zərdabi,Tüləkəran kəndlərində yolların təmir olunduğunu, Susayqışlaq və Dəlləkli kəndlərində su xətlərinin təmir edildiyini qeyd edərək cari ildə bu işlərin davam etdiriləcəyini qeyd edib.

 

Vətəndaşların növbəti qəbulu sentyabr ayına planlaşdırılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir