Modern.az

YPG Türk Ordusunun yolundan çəkildi

YPG Türk Ordusunun yolundan çəkildi

Aktual

25 Avqust 2016, 11:47

ABŞ-ın dövlət katibi Con Kerri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında Suriyadakı kürd silahlı qruplaşması YPG-nin Fərat çayının şərqinə çəkilməkdə olduğunu deyib.

Modern.az Türkiyə KİV-nə istinbadən xəbər verir ki, Çavuşoğlu bu gün səhər Kerri ilə telefonda danışıb. Danışıq zamanı Türkiyə Ordusunun Suriyanın Cerablus şəhərinə yönəlik həyata keçirdiyi hərbi əməliyyat qiymətləndirilib. Görüşdə Kerri PYD-YPG qüvvələrini Fəratın şərqinə çəkilməkdə olduqlarını vurğulayıb.

Xatırladaq ki, Türkiyə Ordusu dünən PYD-YPG qüvvələrinin çəkilməyini istəmişdi...


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür