Modern.az

"Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edilir

"Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edilir

25 Avqust 2016, 11:55

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının dəstəyi ilə "Beynəlxalq Gənclər Düşərgəsi" təşkil edir. Yerli və xarici gənclər ibarət düşərgənin keçirilməsində əsas məqsəd bu gün dünyada baş verən münaqişələrin, ölkələr, mədəniyyətlər arasındakı ziddiyətlərin fonunda multikultural ənənələrin müxtəlif mədəniyyətlər və dinlər arasında  dialoqun formalaşmasına yardımçı olmaqdır.

Əsasən tarixi İpək Yolu üzərində yerləşən ölkələrdən - Qazaxstan, Rumuniya, Gürcüstan, Litva, Azərvaycan, Rusiya və s. olan gənclərin iştirakı ilə keçirilən "Beynəlxalq Gənclər Düşərgəsi"ndə müxtəlif mədəniyyət, dini baxışlar fərqliliklər müzakirə ediləcək. Bir həftə ərzində davam edən düşərgədə sülh içində birlikdə yaşamaq mədəniyyətlərarası təcrübə, tolerantlıq, multikulturalizm inteqrasiya, anlaşma və öyrənmək üçün gənclərə təlimlər keçiriləcək.

Düşərgədə iştirak edəcək gənclər sonrakı dönəmdə öz ölkələrində bu cür layihələr həyata keçirərək gənclər arasında təbliğat işini həyata keçirəcəklər. Eyni zamanda layihənin davamlılığı üçün əməkdaşlıq şəbəkəsinin yaradılması nəzərdə tutulub.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır