Modern.az

Rusiyalı balerina azərbaycanlı iş adamına 40 min dollar "atdı"

Rusiyalı balerina azərbaycanlı iş adamına 40 min dollar "atdı"

25 Avqust 2016, 12:16

Tanınmış rusiyalı balerina Anastasiya Voloçkova azərbaycanlı iş adamına külli miqdarda ziyan vurub.

 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycandan olan milyonerlə balerinanın görüşünü Moskvadakı elit “tusovka”lar üzrə agentliklərdən birində işləyən Dmitri Tulyaninov təşkil edib. Həmin agentlik “Ulduzla şam” layihəsi çərçivəsində imkanlı şəxslərlə şou-biznes ulduzlarının şam yeməyini təşkil edir. Agentliyin “Ulduzla şam” layihəsinə müraciət edən azərtbaycanlı iş adamı balerina ilə şam etmək üçün 25 min dollar təklif edib.

Şamdan sonra isə Voloçkova 40 min dollara həm də intim xidmət göstərəcəyini deyib. İş adamından bunun üçün avans alan balerina oteli tərk edərək, qısa müddətdə öz ölkəsinə qayıdıb.

 

Biznemsen onlar arasında baş tutan danışıqların sübutu kimi səsyazısını təqdim etməyə hazır olduğunu desə də, Voloçkova bunu  böhtan adlandırıb.

 

 

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi