Modern.az

Türkiyənin Suriyada ƏMƏLİYYATLARI: “Bəşər Əsəd bununla fəxr etməlidir”

Türkiyənin Suriyada ƏMƏLİYYATLARI: “Bəşər Əsəd bununla fəxr etməlidir”

Aktual

25 Avqust 2016, 12:19

 

ABŞ-ın dövlət katibi Con Kerri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında Suriyadakı kürd silahlı qruplaşması, PKK-nın bir qolu olan YPG-nin Fərat çayının şərqinə çəkilməkdə olduğunu deyib.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri ötən gündə etibarən Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

 

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deyib ki, Türkiyənin qarşısında duran əsas məsələ sərhədləri boyunda yaranan təhlükəni aradan qaldırmaqdır.

 

Ekspertin fikrincə, Türkiyə böyük kürd məntəqələrinin yaradılmasına yol vermək niyyətində deyil.

 

“YPG böyük bir ərazidən türkmənləri qovub çıxarmışdı. Həmin əraziləri əlinə keçirmişdi. Cerablus kəndi eyni zamanda YPG-nin nəzarətində idi. Onlar Aralıq dənizinə qədər olan ərazidə kürd zolağı yaratmaq istəyirdilər. Bu da gələcəkdə bir çox dövlətlərin ərazi bütövlüyünü pozan qeyri-sabitlik mənbəyinə çevrilə bilərdi. Buna görə də Türkiyə haqlı olaraq, Suriyada həm İŞİD-ə, həm də PKK-ya qarşı əməliyyatlara başladı”.

 

Qabil Hüseynli bildirib ki, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara ciddi uğurlar əldə olunub. Politoloq Suriya hökumətinin Türkiyənin addımlarına etiraz etməsini də şərh edib. O, Rusiya amilinə diqqət çəkib:

 

“Hesab edirəm ki, Suriyadakı əməliyyatlar Bəşər Əsədə təhlükə yaratmır. Çünki Rusiya Bəşər Əsədi dəstəkləyir. Onsuz da Türkiyənin keçirdiyi əməliyyatlar Rusiyanın icazə verdiyi qırmızı xətlər çərçivəsində həyata keçirilir. Bəşər Əsədin qorxmağa səbəbi olmamalıdır. Onsuz da həmin ərazilər Suriya qüvvələrinin nəzarətində deyildi.

 

Türkiyə dəfələrlə bəyan edib ki, rəsmi Ankara Suriyanın ərazi bütövlüyün tanıyır və onun pozulmasına yol verməyəcək. Bəşər Əsəd bununla fəxr etməlidir. Sadəcə Bəşər Əsədi qıcıqlandıran odur ki, əməliyyatlarda Suriya Azadlıq Ordusu da iştirak edir”.

 

Aqşin Kərimov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür