Modern.az

Rusiya niyə Türkiyənin Suriyadakı əməliyyatlarına etiraz etmir?

Rusiya niyə Türkiyənin Suriyadakı əməliyyatlarına etiraz etmir?

Dünya

25 Avqust 2016, 12:44

“Türkiyənin Suriyada İŞİD-ə qarşı apardığı əməliyyatlara görə, Rusiyanın ciddi bir narazılığı yoxdur. Düzdür, Rusiya Xarici İşlər Nazirliyi bəyanat verdi ki, Türkiyə gərək Suriya hökumətindən icazə alıb bu əməliyyatlara başlayaydı. Amma Rusiya da nəzərə alır ki, bu əməliyyatlar İŞİD terrorçularına qarşıdır”.

 

Bunu Modern.az-a açıqlamasında “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Türkiyə bu əməliyyatlarla qırmızı xətti keçmir. Əksinə, bu məsələdə böyük dövlətlərlə əməkdaşlıq şəklində hərəkət edir.

 

“Türkiyənin siyasəti bəllidir. İstəyir ki, Suriya parçalanmasın, Türkiyə sərhədinə yaxın yerlərdə başqa bir dövlət yaranmasın. Türkiyə PKK-nın Suriya qanadı YPG-nin və eyni zamanda İŞİD-in sərhədə yaxın ərazilərdə möhkəmlənməsinə imkan vermək istəmir”.

Elxan Şahinoğlunun fikrincə, Türkiyə Silahlı Qüvvələri Suriyanın dərinliyinə qədər getməyəcək. Əsas məsələ, Türkiyənin sərhəd bölgələrinə nəzarət etməkdir.

 

Qeyd edək ki, Türkiyə ordusu ötən gündən etibarən Suriyada İŞİD-ə qarşı “Fərat qalxanı” adlı əməliyyatlara başlayıb.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?