Modern.az

“Bakı” filminə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

“Bakı” filminə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

25 Avqust 2016, 12:47

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətin Modern.az-a verilən məlumata görə bununla bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində dəyişiklik ediləcək.

“Əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək”.

Məlumatda bildirilib ki, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq:

“Avqustun 25-i və 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır