Modern.az

Bakıdakı su problemi nə zaman həllini tapacaq? - AÇIQLAMA

Bakıdakı su problemi nə zaman həllini tapacaq? - AÇIQLAMA

25 Avqust 2016, 13:10

 

Artıq 10 günə yaxındır ki, paytaxtın ayrı-ayrı rayon və qəsəbələrində içməli su problemi yaşanır.  Bu müddətdə 24 saat su alan ərazilər qrafiklə su almağa başlayıb.

 

Qrafiklə alanların mənzilinə isə gün ərzində 10-15 dəqiqə su verilir. Nəticədə isə vətəndaş yayın bu istisində susuzluqdan əziyyət çəkir.

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində isə vəziyyət daha acınacaqlıdır. Onsuz da suyu qrafiklə alan abonentlər gün ərzində 10 dəqiqə su verilişini sevinclə qarşılayırlar.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a problemin olduğunu təsdiqləyərək bu gün axşama doğru həll olunacağını bildiriblər.

 

“Magistral xətlərin birində baş verən nasazlıq səbəbindən şəhərin ayrı-ayrı yerlərində su verilməsində fasilələr yaranıb. Fasiləsiz su alan abonentlərə qrafiklə verilirdi.

 

Təmir-bərpa işləri tam başa çatdırılıb. Hazırda rayonlar üzrə suyun verilməsi tənzimlənir. Günün sonunadək abonentlər əvvəlki qaydada su ilə təmin olunacaqlar”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir