Modern.az

Asif Atanın irsi Ədəbiyyat və İncəsənət Arxivinə verilib

Asif Atanın irsi Ədəbiyyat və İncəsənət Arxivinə verilib

4 Fevral 2011, 12:48

Asif Atanın tərəfdarlarını birləşdirən Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının Modern.az-a verdiyi məlumata görə, 3 Köçəri ayı 32-ci ildə (03.02.2011) İnam Atanın (Asif Atanın) əsərləri S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə verilib.

Buraya Atanın bəşər idrakının demək olar, bütün sahələrinə dair əlyazma qeydləri daxildir: fəlsəfə, dinlər, ruhaniyyat, tarix, ədəbiyyat, siyasət, mifologiya, sosiologiya, ictimai hərəkatlar, etnoqrafiya və s.

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh bildirib ki, İnam Atanın ruhani və fəlsəfi kitabları qismən həmin qeydər əsasında yazılıb: «Bu qeydlərlə Ata Əsərləri arasında ruhani doğmalıq var. Qeydlər ayrıca da zəngin idraki, poetik, fəlsəfi məzmun daşıyır. Burada insan ruhunun yerlə, göylə əlləşməsi, yeni üfüqlər axtarışı özünü göstərir. Bunlardan aydın görünür ki, İnam Ata (Asif Ata) ruhani-ictimai, siyasi, milli bəşəri şücaət aşiqidir. Və harada, kimdə bunun işartısını görübsə, ondan yan keçməyib. Onu sevib, dəyərləndirib. Yeri gəlmişkən, burada Atanın oxu üslubu ilə bağlı bir fikrini xatırlatmaq istəyirəm: «Gərək oxuduğunu ötəsən. Bir cümlənin  üstündə günlərlə fikirləşmək olar».

Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib: «Ata təkcə fikir heyranlığı üçün oxumurdu. Deyirdi ki, konspektlər odunlardır, onlardan Ocaq qalanır. Yəni bu qeydlər Ataya çox gərək olub ki, içində daşıdığı ilahi fikirləri əsaslandıra bilsin».

O, Atanın özünəməxsus qeyd yazmaq səliqəsinə diqqət çəkib: «Qeylər olduqca ehtiraslı yazılıb». Safruh deyib: «Bu qeydlər sanki Ata tərəfindən yenidən kəşf olunur, öz əsəri kimi oxunur. Çünki Ata bu qeydlərlə bağlı ardıcıl şəkildə qənaətlərini bildirir, özü demişkən, konspektlərində başqa müəlliflərin fikirlərini ötən düşüncələrini də yazır».

Arxivin direktoru, əməkdar mədəniyyət işçisi, dəyərli aydınımız Maarif Teymur Ata İrsinin bu hissəsi üzərində arxiv işinin aparılacağını bildirib. Xatırladaq ki, Atanın Əsərlərinin əsas hissəsi bir neçə il öncə arxivə təhvil verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir