Modern.az

Son 2 gün22 min dəfə yol hərəkəti qaydası pozulub

Son 2 gündə 22 min dəfə yol hərəkəti qaydası pozulub

Aktual

25 Avqust 2016, 14:13

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.

 

İdarədən Modern.az-a daxil olan məlumatda bildirilir ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər davam etdirilir.

Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gün ərzində 23-34 avqust tarixlərində 22 mindən çox yol hərəkəti qayda pozuntusu,  o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkar edilib. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində son 2 gün ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır