Modern.az

Türkiyədəki Koroğlu festivalının qalibləri– azərbaycanlı da var - FOTO

Türkiyədəki Koroğlu festivalının qalibləri– azərbaycanlı da var - FOTO

25 Avqust 2016, 14:54

Boluda 19-21 avqust tarixləri arasında reallaşan Marka Şəhər Bolu və IV Beynəlxalq Koroğlu Festivalına bu il mədəni tədbirlər damğasını vurub.

 

Koroğlu heykəli üçün açılan Beynəlxalq Dizayn Yarışmasında Qazaxıstanlı memar Yedili Tussibbekov və heykəltəraş Murat Mansurovun imzasını daşıyan əsər birinci seçilib.

 

Türkiyəli memar İbrahim Bakır və heykəltəraş Murat Oğuzun əsəri ikinci olarkən, özbəkistanlı memar Abdukakhor Turdiv və heykəltəraş Tulyagan Tadjıkhodjaev əsəri isə üçüncü olub.

 

Birinci mansiyon mükafatını Türkiyə qrupundan Memar İbrahim Bakır və heykəltəraş Özcan Özkarakoçun əsəri alarkən, ikinci mansiyon mükafatını Azərbaycandan qatılan memar Elbay Qasımzadə, memar Cahid Əlizadə, memar Maqsud Məmmədov və heykəltəraş mər Eldarovun əsəri alıb.

 

Yarışmada Türkiyə heyətindən Memar Lətif Rustemov və heykəltəraş Sait Rüstəmin əsəri isə üçüncü mansiyon mükafatına layiq görülüb.

Bolu Bələdiyyə başçısı Alaaddin Yılmaz deyib ki,  türk Dünyasının simvolu olacaq Koroğlu heykəli üçün əsərlər ortaya qoyan bütün memar və heykələraşlara, beynəlxalq səviyyədə ad qazanmış  münsiflər heyətinə minnətdarlığını bildirir.

 

Alaaddin Yılmaz, Boluda Koroğlu adına ediləcək Park proyektinin Türk Dünyasının ortaq layihəsi olacağını söyləyib.

“Türk respublikalarının görüşmə nöqtəsi olmağını hədəflədiyimiz Koroğlu Parkını yaratmak üçün proyektimizi başlatdıq. Bu park Türk Respublikaları xalqlarının Koroğlularını tapa biləcəkləri bir park olacaq.

 

Təxminən 80 hektar bir parkın ortasında, Ankara-İstanbul TEM avtomobil yolundan da  görülə biləcək böyüklükdə təxminən 30 metr yüksəkliyində bir Koroğlu heykəli olacaq.

 

Park sahəsində heykəlin yanında Koroğlu Muzeyi, Türk Dünyası Araşdırma və Mədəniyyət Mərkəzi ilə konqres mərkəzi də olacaq. Türk respublikalarının və qohum birliklərinin bu parkda ayrı bir yeri olacaq”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir