Modern.az

Kılıçdaroğlunun maşını atəşə tutuldu - Yaralılar var - YENİLƏNİB

Kılıçdaroğlunun maşını atəşə tutuldu - Yaralılar var - YENİLƏNİB

25 Avqust 2016, 16:18

 

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı atəşə tutulub.  Hadisə CHP sədrinin Artvin Şavşat rayonundan Ardanuç rayonuna getdiyi zaman Yanıklı kəndi yaxınlığında törədilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu təhlükəsizlik səbəbilə maşında saxlanılıb.

Kılıçdaroğlunun mühafizəçiləri cavab atəşi açıblar. Hadisə yerinə təcili yardımlar çağırılıb.

Məlumatda qeyd edilir ki, Kamal Kılıçdaroğlu, Artvin proqramını həyata keçirmək üçün təyyarə ilə Qarsa gəlib. Buradan avtomobil yolu ilə Artvinin Şavtaş rayonuna keçən Kılıçdaroğlu rayon mərkəzində xalqa müraciət edib. Artvinə getmək üçün yola çıxan CHP liderinin  dəstəsi, Ardanuç rayonu yaxınlarına gələndə, kortejə atəş açılıb. Kılıçdaroğlunun mühafizəçiləri dərhal hərəkətə keçərək, cavab verib.

Təhlükəsizlik qüvvələri atəş açanların tutulması üçün əməliyyata başlayıb.

 

***

Modern.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlunın kortejini müşayiət edən 3 hərbçi yaralanıb.

Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Əfqan Ala verib.

 

***


AK Partidən olan millət vəkili İsrafil Kışla CHP lideri Kamal Kılıçdaroğluna Artvində edilən hücumla bağlı açıqlama verib. Bildirib ki, böyük ehtimalla silahlı hücum PKK terrorçuları tərəfindən təşkil olunub.

Məlumata görə, terrorçular Kamal Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla atəşə tutmaq istəyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi