Modern.az

Hepatit C-dən əziyyət çəkən müəllimin yardıma ehtiyacı var - FOTO

Hepatit C-dən əziyyət çəkən müəllimin yardıma ehtiyacı var - FOTO

25 Avqust 2016, 16:33

40 ildən çox öz həyatını ən şərəfli bir peşəyə həsr etmiş bir pedaqoq var. O, 40 ildən çoxdur öz sənətini yorulmadan, sevə-sevə öz şagirdlərinə həsr edib. İndi Azərbaycanın bir çox yerlərində onun şagirdləri, yetirmələri var. O, həm də gözəl ana, gözəl insan və vəfalı həyat yoldaşı olub. Artıq 6 aydan çoxdur ki, bu insan yaşamaq üçün mücadilə aparır. Övladları onun yaşaması üçün əllərindən gələni edirlər. Dünyada ən əziz olan iş sənə əziz olan bir adamın günü-gündən gözlərinin qarşısında şam kimi əriyir...

 

Bu cümləni başa çatdırmaq bir övlad üçün çox çətindir. Mən özümdə qüvvə taparaq bu yazını yazdım. Amma son nöqtəni qoya bilmədim.

 

Yuxarıda haqqında bəhs edilən 1952- ci il təvəllüdlü Fərhadova Solmaz hepatit C virusu xəstəliyindən əziyyət çəkir. Həyati təhlükəsi var. Qaraciyərində bərkimə gedir. Solmaz xanımın sağalması üçün dərmanlar xaricdən alınır və qiymətləri bahadır. 1 aylıq dərmanın qiyməti 1250 AZN-dir. Bu puldan cəmi 150 AZN yığılıb.

 

Azərbaycan xalqına dəyərli, vətənsevər övladlar bəxş etmiş Solmaz xanımın sağalmasına dəstək göstərmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: Sevinc Aliyeva (055) 609 20 62

 

Portmanat hesab nömrəsi: 055 919 39 34 

 

Solmaz xanıma dəstək üçün “Troll Cafe”də Eren Mumcunun ifasında canlı konsert təşkil edilib. Dəstək olmaq istəyən hər kəs dəvətlidir.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi