Modern.az

Məmurların mobil telefon danışığı da büdcədən ödənəcək

Məmurların mobil telefon danışığı da büdcədən ödənəcək

Ölkə

29 Oktyabr 2009, 17:05

2010-cu ilin dövlət büdcəsindən dövlət müəssisələrinin əməkdaşlarının ezamiyyə xərclərinə 41 milyon 217 min manat vəsait xərclənəcək. Modern.az-ın məlumatına görə, bu barədə 2010-cu ilin dövlət büdcəsi zərfində göstərilib. Çox maraqlıdır ki, həmin vəsaitin 19 milyon manatı ölkədaxili ezamiyyə xərcləri üçün nəzərdə tutulub. Məmurların ölkə xaricinə ezamiyyə xərclərinə isə bundan cəmi 3 milyon manat çox (22 milyon) vəsait xərclənəcək. Bundan başqa, dövlət büdcəsindən dövlət müəssisələrində çalışanların telefon danışıq xərclərinə 9 milyon 206 min manat vəsait nəzərdə tutulub. Bunun 1 milyon 306 min manatı beynəlxalq  danışıq haqlarının ödənilməsinə yönəldiləcək.

Maraqlıdır ki, dövlət büdcəsindən ölkədaxili telefon danışıq xərclərinə 7 milyon 900 min manat sərf olunacaq. Bu, çox böyük rəqəm sayıla bilər.

Belə çıxır ki, büdcə təşkilatlarında işləyənlərin bir çoxunun hətta mobil telefon danışıqlarının xərclərini dövlət ödəyir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər