Modern.az

Oqtay Əsədov körpü açılışına görə Türkiyəyə gedir

Oqtay Əsədov körpü açılışına görə Türkiyəyə gedir

25 Avqust 2016, 18:07

 

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün bu gün Türkiyəyə səfər edəcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və nazirlər qatılacaqlar. Burada Milli Məclis Sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri də gözlənilir.

 

Açılış mərasimi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

 

Səfər avqustun 27-də başa çatacaq.

 

Qeyd edək ki, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 1408 metr olmaqla dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü olacaq.

Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi