Modern.az

“Qarabağ” Avroliqanın qrup mərhələsində –YENİLƏNİB

“Qarabağ” Avroliqanın qrup mərhələsində –YENİLƏNİB

25 Avqust 2016, 22:21

“Qarabağ” “Göteborq” oyunu 3:0 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşdı. Bununla da  təmsilçimiz Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etdi.

 

 21:36

 

 

İkinci hissədə də “Qarabağ” komandası üstünlüyünü davam etdirib. Bu üstünlük isə oyunun 51-ci dəqiqəsində qolla tamamlanıb. Kintana "Qarabağ"ın 3-cü qolunu vuraraq hesabı 3:0 edib.

 

 

20:56

 

 

“Qarabağ” “Göteborq” oyununda ikinci top vurulub. Oyunun 26-cı dəqiqəsində Muarem Muarem "Qarabağ"ın ikinci qolunu vuraraq üstünlüyü 2 topa çatdırıb.

 

20:50

 

Artıq “Qarabağ” “Göteborq” oyununda hesab açılıb. Oyunun  19-cu dəqiqəsində Rəşad Sadıqov künc zərbəsindən ötürülən topu qola çevirib- 1:0.

 

 

20: 31

 

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. Modern.az saytı xəbər  verir ki, bu mərhələdə respublikamızı təmsil edən komandalardan ilkin olaraq “Qarabağ” meydana çaxıb. Ağdam klubu Bakıda İsveçin  “Göteborq” komandasını qəbul edir.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq iki top fərqi ilə qalib gəlməlidir. Komandamız bunu bacarsa, tarixində 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanacaq.

Oyunu canlı olaraq izləyə bilərsiniz.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?