Modern.az

Gəncədə azyaşlı yol qəzasının qurbanı olub

Gəncədə azyaşlı yol qəzasının qurbanı olub

Aktual

25 Avqust 2016, 21:19

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Modern.az saytı xəbər  verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Sahib Namazov idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2011-ci il təvəllüdlü Bünyamin Elnur oğlu Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan 5 yaşlı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar