Modern.az

Erməni hərbçi yol qəzasında öldü

Erməni hərbçi yol qəzasında öldü

Dünya

25 Avqust 2016, 21:46

Ermənistanın Araqatson vilayətinin Araqatsavan kəndində maşın aşıb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, qəza zamanı 38 yaşlı müqavilə ilə xidmət edən əsgər ölüb.

 

Milliyətcə rus olan 48 yaşlı hərbçi isə yaralanıb. Armavir tibb mərkəzinə yerləşdirilən hərbçinin vəziyyətinin çox ağır olduğu bildirilib. O, kəllə-beyin zədəsi ilə Yerevana göndərilib.

Bundan əlavə, qəza zamanı Armavir vilayət sakini Artak Petrosyan da ölüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!