Modern.az

Sabah bu ərazilər qazsız qalacaq

Sabah bu ərazilər qazsız qalacaq

25 Avqust 2016, 22:08

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.  Modern.az SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 26-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

 

Təmir müddətində Abşeron rayonunun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonunun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonunun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər