Modern.az

Ronaldo Avropanın ən yaxşı futbolçusu seçildi

Ronaldo Avropanın ən yaxşı futbolçusu seçildi

Aktual

25 Avqust 2016, 22:31

Potruqaliya millisinin və Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo UEFA-nın versiyasına görə Avropda 2015/16-cı il mövsümünün ən yaxşı futbolçusu olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə Monakoda Çempionlar iqasının qrup mərhələsinin püşkatması zamanı keçirilib.

Hücumçu Madrid klubuna ötən mövsümdə İspaniya çempionatında 39 oyunda 35 qol vurmaqla ikinci yeri tutmağa, eləcədə Çempionlar Liqadsının qalibi olmağa kömək edib. Bununla yanaşı, Portuqaliya millisi Fransada keçirilən Avropa çempionatının da qalibi olub.

Avropanın ən yaşxı futbolçusu adına “Real”da çıxış edən Uels millisinin üzvü Qaret Beyl və “Atletiko”nun fransalı forvardı Antuan Qrizmann da iddialı idilər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!