Modern.az

Qənirə Paşayeva: “Onu məhkəməyə verməyəcəm” - ETİRAZ

Qənirə Paşayeva: “Onu məhkəməyə verməyəcəm” - ETİRAZ

25 Avqust 2016, 23:23

“Bəzı saytlar hansısa bir saytı məhkəməyə verdiyimi, verəcəyimi yazır. Bu günə qədər reketçiliklə, pisliklə məşğul olan heç bir saytı məhkəməyə vermədim. Onu da verməyəcəm, belə bir düşüncəm də yoxdur. Pisliklərinə davam edə bilərlər”.

Modern.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva son günlər barəsində həqiqətə uyğun olmayan məqalələr yazan saytlarla bağlı deyib. Q.Paşayeva daha sonra belə deyib:

“İlahi ədalət məhkəməsi özü gərəkən cavabı verəcək onlara inşallah. Buna hər zaman inananlardan oldum. Bir də dövlətimiz də, əziz millətimiz də kimin kim olduğunu yaxşı bilir. Ona görə yazdıqlarından heç bir naratlığım yoxdur. Reketçiliklə, ona-buna pisliklə reytinq qazanmaq istəyənlərə əslində baş qoşmamaq lazımdır. Qoyun çirkablarında boğulmaqda davam etsinlər”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi