Modern.az

Kılıçdaroğluna silahlı hücumla bağlı CHP-dən münasibət

Kılıçdaroğluna silahlı hücumla bağlı CHP-dən münasibət

25 Avqust 2016, 23:36

“Ağır silahlar və qumbaraatanla sui-qəsd hazırlığında olduqlarını anladıq”. Modern.az saytı Axar.az-a istinadən xəbər verir ki, bunu CHP nümayəndəsi Özgür Özəl Kamal Kılıçdaroğlunun silahlı hücuma məruz qalması ilə bağlı açıqlama verərkən bildirib.

 

“Mühafizəçilərinin sayıqlığı nəticəsində cənab Kılıçdaroğlu bu hadisədən salamat qurtuldu. Hücum zamanı tərəflər arasında şiddətli atışma yaşandı. Maşın karvanını qoruyanlardan xəsarət alanlar var. Bütün yaralılara şəfalar diləyirik. Hörmətli sədrimizə qarşı təşkil edilən hücum Türkiyəyə və demokratiyamıza qarşı edilən hücumdur”, - Özəl bildirib.

 

Xatırladaq ki, CHP lideri Artvin vilayətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən avtomobil karvanı atəşə tutulub. Terrorçular Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla vurmaq istəyib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır