Modern.az

İran OPEK-in toplantısında iştirak edəcək

İran OPEK-in toplantısında iştirak edəcək

Dünya

26 Avqust 2016, 00:32

İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcək.  Modern.az saytı “Azərtac”a istinadən bildirir ki, bu barədə İranın Neft Nazirliyinin rəsmi saytında məlumat verilir. Həmçinin bildirilir ki, OPEK-in baş katibi Məhəmməd Barkindo yaxın vaxtlarda İrana səfər edəcək.

 

Qeyd edək ki, OPEK-ə üzv və digər böyük neft istehsalçısı ölkələri nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində ən vacib mövzularda danışıqların aparılacağı gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı